6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Sosial təminat

Bakının 3 rayonunda qaz olmayacaq

26-sentyabr-2025
Bakının 3 rayonunda qaz olmayacaq
Yazı Ölçüsü:

Bu gün saat 10:00-dan etibarən işlər başa çatanadək Nəsimi, Qaradağ və Yasamal rayonlarının qaz təchizatında fasilə olacaq.

PostMedia” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Məlumata görə, fasilə “Alatava” QPS-dən qidalanan “Mikrorayon” 500 mm-lik orta təzyiqli qaz kəməri üzərində atıcı klapanın quraşdırılması, həmçinin “Duvannı” QPS-də qəbul qaz xəttində istismara yararsız siyirtmənin dəyişdirilməsi işləri ilə əlaqədardır.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun Asif Məhərrəmov, Mircəlal, 20 Yanvar, H.Seyidzadə, H.Əliyev, Rəşid Məmmədov küçələrində, Moskva prospektində, eləcə də Qaradağ rayonunun Qobustan qəsəbəsində və Yasamal rayonunda yerləşən “Main” MTK-nın qaz təchizatında fasilə yaranacaq.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930