N/A°C Bakı
1$ = 1.70₼
Turizm

Azərbaycan Gürcüstana ən çox səfər edən ölkələr arasında ilk sıralarda yer alıb

13-oktyabr-2025
Türkan Nəbi
Azərbaycan Gürcüstana ən çox səfər edən ölkələr arasında ilk sıralarda yer alıb
Yazı Ölçüsü:

2025-ci ilin ilk doqquz ayında 172 mindən çox azərbaycanlı turist Gürcüstana səfər edib.

"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının məlumat yayıb.

Bu göstərici Azərbaycanı Gürcüstana ən çox turist göndərən ölkələr sırasında ön pillələrə çıxarıb. Statistikaya görə, Azərbaycan vətəndaşları qonşu ölkənin turizm sektorunda mühüm paya malikdir və illər üzrə səfərlərin sayı artmaqdadır.

Ekspertlərin fikrincə, iki ölkə arasındakı dostluq münasibətləri, coğrafi yaxınlıq və sərhədin rahat keçidi Azərbaycan turistlərinin Gürcüstana marağını daha da artırır.

Qeyd edək ki, Gürcüstan bu ilin yanvar–sentyabr aylarında ümumilikdə 4,3 milyon turist səfəri qəbul edib və Azərbaycan bu göstəricidə aparıcı ölkələrdən biri olub.

Kateqoriyalar