Azərbaycan və Çin arasında viza rejiminin ləğvinə dair yeni qaydalar bu gündən qüvvəyə minib.
"PostMedia" xəbərinə görə, bu dəyişiklik Azərbaycan Prezidenti İlham Əliyevin Çinə aprel ayında etdiyi dövlət səfəri zamanı bağlanmış və iyulun 16-dan etibarən tətbiq olunan "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"ə əsaslanır.
Bu saziş çərçivəsində, həm Azərbaycan, həm də Çin vətəndaşları etibarlı ümumvətəndaş pasportları ilə digər ölkə ərazisinə daxil olmaq, oradan çıxmaq və tranzit keçmək hüququna malikdirlər. Bu hüquq, hər səfərdə otuz (30) gündən çox olmamaq və hər yüz səksən (180) günlük dövr ərzində ümumilikdə doxsan (90) günü keçməmək şərti ilə tətbiq edilir.
İqtisadiyyat
İdman
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
