N/A°C Bakı
1$ = 1.70₼
Turizm

"Edelweiss" Sürix–Tbilisi istiqamətində reyslərin sayını artıracaq

12-yanvar-2026
Türkan Nəbi
"Edelweiss" Sürix–Tbilisi istiqamətində reyslərin sayını artıracaq
Yazı Ölçüsü:
"Lufthansa" qlobal aviasiya qrupuna daxil olan "Edelweiss2 aviaşirkəti aprel ayından etibarən Sürix–Tbilisi–Sürix marşrutu üzrə uçuşların sayını artıracaq.
"PostMedia" xəbər verir ki, bu barədə "Business Insider Georgia" nəşri məlumat yayıb.
"Edelweiss" ötən ilin aprelindən etibarən Sürix–Tbilisi–Sürix istiqamətində Airbus A320 tipli təyyarə ilə həftədə iki dəfə birbaşa müntəzəm reyslər həyata keçirir.
Aviaşirkətdən bildirilib ki, 2026-cı ilin aprelindən oktyabrına qədər uçuşların tezliyi həftədə üç reysə çatdırılacaq. Uzunmüddətli perspektivdə isə ilboyu uçuşların təşkili, eləcə də gələcəkdə Gürcüstanın digər aeroportlarından və qonşu ölkələrə istiqamətlərin açılması imkanları nəzərdən keçirilir.
Nəşrin məlumatına görə, aviaşirkətin məqsədi uçuşların tezliyini artırmaq və mövsümü uzatmaqdır. Bu istiqamətdə artıq qismən addımlar atılıb: 2025–2026-cı illərin Milad və Yeni il dövründə reyslər icra olunub, növbəti mövsüm isə martın əvvəlində başlayacaq.
Bundan əlavə, Edelweiss Tbilisi ilə Sürix arasında yükdaşımaların başlanmasını da müzakirə edir.
Aviaşirkətdə qeyd edilib ki, 2026-cı ilin aprelindən uçuşların artırılması biznes sərnişinlər üçün daha çevik cədvəl təqdim etməyə imkan verəcək və bu, İsveçrə ilə Gürcüstan arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Eyni zamanda, Tbilisi–Sürix reyslərində yük daşınması imkanlarının qiymətləndirilməsi iki ölkə arasında ticarət üçün daha geniş imkanlar aça bilər.
Edelweiss 29 il əvvəl təsis olunmuş və Swiss International Airlines-in törəmə şirkəti olan İsveçrə aviaşirkətidir. Şirkət Sürix bazasından Avropa ölkələri və Amerika qitəsində 90 istiqamət üzrə uçuşlar həyata keçirir. Biletləri həm Edelweiss, həm də Swiss International Airlines-in rəsmi saytlarından əldə etmək mümkündür.
Kateqoriyalar