6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Tahir Gözəl "Azərsun"un Müşahidə Şurasının sədri oldu

09-aprel-2026
Tahir Gözəl "Azərsun"un Müşahidə Şurasının sədri oldu
Yazı Ölçüsü:

Azərbaycanın aparıcı sənaye qruplarından olan “Azərsun Holdinq”in idarəetməsində strateji dəyişiklik həyata keçirilib.

"PostMedia" quruma istinadən xəbər verir ki, Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri vəzifəsinə Tahir Gözel təyin edilib. Bu dəyişiklik ailə biznesinin növbəti nəslə etibarını və holdinqin müasir, innovativ idarəçilik modelinə keçidini simvolizə edir.

Tahir Gözel Şeffild Universitetinin Menecment fakültəsinin və Fransa Sup de Co Universitetinin məzunudur. O, “Greentech” və digər qlobal şirkətlərə rəhbərlik etməklə yanaşı, ölkəmizdə süni intellekt və İT sahəsində ən müasir standartlara cavab verən “Proxima” şirkətinin qurucusudur.

Yeni sədr “Azərsun Holdinq”in ixrac coğrafiyasını hazırkı 40 ölkədən 60-a çatdırmağı, istehsalatda AI əsaslı optimallaşdırmanı tətbiq etməyi və “Made in Azerbaijan” brendini dünyaya tanıtmağı hədəfləyir.

O, həmçinin “Qarabağ” Futbol Klubunun rəhbəri, 6 xarici dildə sərbəst danışan iş adamıdır, ailəlidir, 3 övladı var.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930