"Zeekr" bu modelini batareya qüsurları səbəbindən geri çağırır
09-fevral-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
Çin brendi olan "Zeekr" avtomobil istehsalçısı yüksək gərginlikli batareyaların komponentlərindəki istehsalat qüsurları səbəbindən "001WE" modelinin 38 min ədədini bazardan geri çağırıb.
"PostMedia" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının bazarı tənzimləyən Dövlət İdarəsinin açıqlamasında bildirilir.
Şirkət hesab edir ki, nasazlıqlar 2021-ci il iyulun 8-dən 2024-cü il martın 18-dək istehsal olunmuş elektrik avtomobillərində mövcud ola bilər. Bu avtomobillərdə istifadəçilər batareyanın işində zəifləmə müşahidə edə bilərlər.
"Zeekr" geri çağırılan avtomobillər üçün yoxlamalar və ya uzaqdan diaqnostika həyata keçirməyi planlaşdırır.
Premium elektrik və hibrid avtomobillər istehsal edən "Zeekr" brendi 2021-ci ildə yaradılıb və şirkət "Geely Holding Group"un bir hissəsidir.