6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

“Azərsun Holdinq” “DaVinci Gourmet” ilə əməkdaşlığa başlayır - FOTOLAR

09-fevral-2026
“Azərsun Holdinq” “DaVinci Gourmet” ilə əməkdaşlığa başlayır - FOTOLAR
Yazı Ölçüsü:


“DaVinci Gourmet”, “Azərsun Holdinq” ilə əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına daxil olub. “Kerry Group”un tərkibində fəaliyyət göstərən qlobal brend şərbətlər, souslar və püre məhsullarından ibarət geniş məhsul portfelini yerli bazara təqdim edib. Məhsulların təqdimatı üçün təşkil olunan tədbirdə brendin innovativ dad həlləri və qəhvə mədəniyyətinə verdiyi töhfələr nümayiş etdirilib.

Tədbirdə çıxış edən “Azərsun Holdinq” rəsmiləri, bu əməkdaşlığın dünya standartlarına uyğun dad təcrübələrinin Azərbaycanda genişlənməsinə və istehlakçılara innovativ məhsulların təqdim olunmasına mühüm töhfə verəcəyini bildiriblər.

Qeyd edək ki, əməkdaşlıq “Azərsun Holdinq”in evdənkənar istehlak kanalına xidmət göstərən “Sun Food Services” şirkətinin güclü distribusiya şəbəkəsi vasitəsilə həyata keçiriləcək.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930