6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Maliyyə-Biznes

Belarus Milli Bankı belarus rublunun yeni qrafik simvolunu təsdiqləyib

02-fevral-2026
Belarus Milli Bankı belarus rublunun yeni qrafik simvolunu təsdiqləyib
Yazı Ölçüsü:

Belarus Milli Bankı belarus rublu üçün yeni qrafik simvolu təsdiqləyib.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, bu simvol aşağı hissəsindən üfüqi xətt keçən böyük kiril “Б” hərfi formasındadır.

Milli Bankın açıqlamasına görə, üfüqi xətt sabitlik və balansı ifadə edir, “Б” hərfi isə ölkənin adı ilə assosiasiya olunur. Yeni işarə sadə yazılışa malikdir, asan tanınır və dünya valyutalarının qrafik simvolları sisteminə uyğun gəlir. Bu da milli valyutaya etimadın və Belarusun müsbət imicinin gücləndirilməsinə xidmət etməlidir.

Simvolun dizayn müsabiqəsində dizayner Vasili Şçebetun qalib gəlib. Müsabiqəyə təxminən 2700 müraciət təqdim olunub. Milli Bank bildirib ki, təxminən 20 il əvvəl qəbul edilən və latın Br hərflərindən ibarət olan əvvəlki simvol geniş istifadə olunmadığı üçün 2025-ci ildə yeni müsabiqə keçirilib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930