6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Energetika

Zelenski Orbana Macarıstana neft tədarükü ilə bağlı Rusiya ilə razılığa gəlməyi tövsiyə edib

24-fevral-2026
Zelenski Orbana Macarıstana neft tədarükü ilə bağlı Rusiya ilə razılığa gəlməyi tövsiyə edib
Yazı Ölçüsü:

Rusiyanın hücumu nəticəsində “Drujba” boru kəməri ilə Macarıstana neft tədarükü dayandırılıb. Budapeşt tədarükün bərpasını istəyirsə, Moskva ilə enerji atəşkəsi barədə razılaşmalıdır.

"PostMedia"nın "RBK Ukrayna"ya istinadın xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bildirib.

“Əvvəla, boru kəmərini məhv edən Rusiyadır. Əgər Orban nəyisə bloklamaq, məsələn, maliyyə dəstəyini dayandırmaq istəyirsə, bunu Ukraynaya qarşı yox, Rusiyaya qarşı etməlidir. Bu boru kəmərinin dağıdılmasının səbəbi biz deyilik”, – deyə Zelenski Macarıstanın Ukraynaya Aİ krediti ayrılmasına veto qoymasını şərh edərkən vurğulayıb.

O əlavə edib ki, bu, “Drujba” boru kəmərinə ilk zərər deyil və çox güman, sonuncu da olmayacaq. Zelenski qeyd edib ki, Ukraynanın boru kəmərinə Rusiyanın hücumunu təsdiqləyən peyk görüntüləri var.

“Orban Putinə zəng etməli, bəlkə enerji atəşkəsi və ya buna bənzər bir razılaşma barədə danışmalıdır”, – deyə Ukrayna prezidenti bildirib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930