6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Atletiko Madrid" 1/8 finalda

18-dekabr-2025
Atletiko Madrid" 1/8 finalda
Yazı Ölçüsü:

“Atletiko Madrid” klubu İspaniya Kubokunun 1/8 final mərhələsinə yüksəlib.

PostMedia” xəbər verir ki, argentinalı Dieqo Simeonenin rəhbərlik etdiyi komanda dördüncü liqa təmsilçisi "Atletiko Baleares" üzərində 3:2 hesablı çətin qələbə qazanıb.

Paytaxt təmsilçisinin heyətində fransalı hücumçu Antuan Qrizman dubl edərək qələbədə böyük pay sahibi olub. İtaliyalı hücumçu Cakomo Raspadori də qol vuranlar arasındadır.

Beləliklə oyunda qolları Xerardo Bonet (28'), Moxa Keita (90', penalti) — Antuan Qrizman (16', 72'), Cakomo Raspadori (20') vurub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930