6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

ÇL: UEFA həftənin rəmzi komandasını açıqlayıb

11-dekabr-2025
ÇL: UEFA həftənin rəmzi komandasını açıqlayıb
Yazı Ölçüsü:

UEFA Çempionlar Liqasının 6-cı turundan sonra həftənin rəmzi komandasını elan edib.

"PostMedia" xəbər verir ki, Sıralamada müxtəlif klubların parlaq çıxış göstərən futbolçuları yer alıb.

Rəmzi komandanın qapıçısı “Atletik Bilbao”nun etibarlı qolkiperi Unai Simon seçilib.

Müdafiə xəttində “Atletiko Madrid”dən David Hançko, “Monako”dan Məhəmməd Salisu, “Mançester Siti”dən Niko O'Raily və “Barselona”nın oyunçusu Jyul Kunde yer alıblar.

Yarımmüdafiəçilər sırasında “Benfika”nın futbolçusu Riçard Rios, “Bavariya”dan Lenart Karl və “Atalanta”nın yaradıcılıq qabiliyyəti ilə seçilən Şarl de Ketelare qərarlaşıblar.

Hücum xəttinə isə “Nyukasl Yunayted”dən Entoni Qordon, “Arsenal”dan Noni Madueke və “Marsel”dən Meyson Qrinvud daxil edilib.

UEFA-nın açıqladığı siyahı bu həftə Çempionlar Liqasında fərqlənən futbolçuların performansını əks etdirir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930