N/A°C Bakı
1$ = 1.70₼
Futbol

"Qarabağ" doğma meydanda "Ajaks"ı qəbul edib - Hesab 2:4 - YENİLƏNİB 7

10-dekabr-2025
Turan Hüseynli
"Qarabağ" doğma meydanda "Ajaks"ı qəbul edib - Hesab 2:4 - YENİLƏNİB 7
Yazı Ölçüsü:

Qarşılaşma "Ayaks"ın "Qarabağ" üzərində 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

--------------------------------------------------------------------------------

Oyunun 90-cı dəqiqəsində Oskar Klux özünün 2-ci komandasının isə 4-cü qolunu vuraraq hesab arasındakı fərqi 2-yə çatdırır. Oyunun əsas hissəsinə 5 dəqiqə əlavə olunur. 

--------------------------------------------------------------------------------

Qarşılaşmanın 83-cü dəqiqəsində "Ayaks"ın oyuncusu Anton Qoey-in vuduğu qolla qonaqla hesabda iəli keçi. "Qarabağ" - "Ayaks" 2:3.

--------------------------------------------------------------------------------

Oskar Kluxun 79-cu dəqiqədə vurduğu qolla "Ayaks" hesabı bərabərləşdirir - 2:2

-------------------------------------------------------------------------------

Qarşıla.manın 47-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mateus Silva vurduğu qolla hesab arasında fərq yaradıb. "Qarabağ" 2 - "Ayaks" 1.

-------------------------------------------------------------------------------

Oyunun 39-cu dəqiqəsində "Ayaks"ın 9 nömrəli Danımarkalı oyunçusu Kasper Dolberq vurduğu qolla hesabı bərabərləşdirib. Oyunun birinci hissəsi 1:1 hesablı bərbərliklə yekunlaşıb.

--------------------------------------------------------------------------------

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Azərbaycan çempionu "Qarabağ"  Niderlandın "Ayaks" klubunu qəbul edir.

"PostMedia" xəbər verir ki, Bakı vaxtı ilə 21:45-də  Tofiq Bəhramov adına Respublika stadionunda başlaya matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Oyunun 10-cu dəqiqəsində Kamilo Duranın vurduğu qolla "Qarabağ" 1:0 öndədir.

Qeyd edək ki, hazırda oyunu standionda 27 mindən çox azarkeş izləyir.

Kateqoriyalar