İtaliya A Seriyasının 27-ci turunda “Roma” doğma meydanda Turin “Yuventus”unu qəbul edib və əlavə olunmuş dəqiqələrdə qələbəni əldən verərək 3:3 hesablı heç-heçə edib.
"PostMedia" xəbər verir ki, paytaxt təmsilçisində qolları braziliyalı müdafiəçi Uesli Fransa (39), kot-divuarlı müdafiəçi Evan NDika (54) və niderlandlı hücumçu Donyell Malen (65) vurublar.
“Yuventus”un qollarına isə portuqaliyalı hücumçu Şiku Konseysao (47), kot-divuarlı yarımmüdafiəçi Jeremi Boqa (78) və italiyalı müdafiəçi Federiko Qatti (90+3) imza atıblar.
Hazırda “Roma” 51 xalla 4-cü, “Yuventus” isə 47 xalla 6-cı pillədə qərarlaşıb.