Çempionlar Liqasının keçid "pley-off" mərhələsinin cavab oyunları keçirilib. İspaniyanın “Real Madrid", Portuqaliyanın “Benfika” komandası ilə qarşılaşıb.
"PostMedia" xəbər verir ki, “Santiago Bernabeu” stadionunda keçirilən oyunda Madrid təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Oyunun 14-cü dəqiqəsində qonaqlar hesabı açıb. Rafael Silva fərqlənib. 16-cı dəqiqədə Aurelyen Tçuameni, 80-ci dəqiqədə Vinisius Junyior fərqlənərək “Real”ın qələbəsini təmin ediblər. Keçid pley-offun ilk matçında “Real” 1:0 hesabı ilə üstün olmuşdu və iki oyunun yekunu ilə 1/8 finala vəsiqə qazanıb.
Fransa çempionu və Çempionlar Liqasının qalibi PSG isə evdə “Monako” ilə 2:2 heç-heçə edib. 60-cı dəqiqədə Markinyos, 66-cı dəqiqədə isə Xvitsa Qvaratsxeliya fərqlənib. “Monako”nun qollarını isə 45-ci dəqiqədə Maqnes Akliuş və 90+2-də Jordan Teze vurub. 58-ci dəqiqədə “Monako”nun futbolçusu Mamadu Kulibali qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İlk oyunda PSG 3:2 hesabı ilə qalib gəlmişdi və iki oyunun yekunu ilə 1/8 finala yüksəlib.
Eyni mərhələdə İtaliyanın “Yuventus” komandası evdə Türkiyənin “Qalatasaray” komandasını qəbul edib və 3:2 hesabı ilə qalib gəlib. “Yuventus”un qollarını Manüel Lokateli (11 metrlik penalti, 37-ci dəqiqə), Federico Gati (70), Ueston Makeny (80) vurub. Lakin əlavə vaxtda 105+1 dəqiqədə Viktor Osimhen və 119-cu dəqiqədə Bariş İlmaz fərqlənərək “Qalatasaray”ı 1/8 finala çıxarıblar. İlk oyunda isə İstanbul təmsilçisi 5:2 hesabı ilə qalib gəlmişdi. “Yuventus”dan Loid Kelli 48-ci dəqiqədə meydandan kənarlaşdırılıb.
Bu nəticələrlə “Real”, PSG və “Qalatasaray” Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazanıblar.