—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Kompani Mourinyonu tənqid edib

20-fevral-2026
Turan Hüseynli
Kompani Mourinyonu tənqid edib
Yazı Ölçüsü:

Almaniya çempionu Münhen “Bavariya”nın baş məşqçisi Vensan Kompani portuqaliyalı “Benfika”nın baş məşqçisi Joze Mourinyonu tənqid edib.

"PostMedia" xəbər verir ki, Mourinyo Madrid “Real”ının braziliyalı hücumçusu Vinisius Junyora Lisabonda qol vurduqdan sonra azarkeşləri təhrik edən rəqsi səbəbindən irad tutmuşdu.

“Mənim üçün oyundan sonra baş verənlər daha pis bir hal idi. Mourinyo Vinisiusu qol qeyd etmə tərzinə görə tənqid edirdi ki, futbolçunun nüfuzunu zədələsin. Bu, lider baxımından böyük səhvdir.

Mourinyo Eyzebionu xatırlatdı, amma 60-cı illərdə qaradərili futbolçular üçün çox çətin zamanlar idi. Mən Mourinyonun yanında işləyən çox insanla görüşmüşəm. Onlardan heç biri Mourinyo haqqında pis söz deməyib.

Mən başa düşürəm ki, o, klubunun uğuru üçün mübarizə aparır. Bilirəm ki, o yaxşı insandır, amma mətbuat konfransında Vinisiusa qarşı etdiyi tənqidi də eşitdim. Bu halda Žoze səhv etdi. Ümid edirəm ki, gələcəkdə belə hallar təkrarlanmayacaq,” – deyə Kompanı bildirib, məlumatı A Bola yayıb.

Çempionlar Liqasının keçid mərhələsinin ilk oyununda “Real” Lisabonda “Benfika”nı Vinisiusun qoluyla 1:0 hesabı ilə məğlub etmişdi. Qol vurduqdan sonra qaradərili futbolçu künc bayrağına yaxınlaşıb rəqs etmiş və bu, Lisabon klubunun azarkeşlərinin narazılığına səbəb olmuşdu. Vinisius isə bildirib ki, ona “meymun” deyiblər.

Kateqoriyalar