—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

UEFA ÇL-nın oyunları və nəticələri

19-fevral-2026
Turan Hüseynli
UEFA ÇL-nın oyunları və nəticələri
Yazı Ölçüsü:
UEFA Çempionlar Liqasının "pley-off" mərhələsinin ilk oyunları maraqlı və məhsuldar nəticələrlə yadda qalıb.
"PostMedia" xəbər verir ki, Belçikada keçirilən görüşdə “Brügge” və "Atletiko Madrid” klubları 3:3 hesablı məhsuldar heç-heçə edib. Ev sahiblərinin qollarını Rafael Onyedika (51), Nikolo Trezoldi (61) və Xristos Dzolis (90) vurub. Madrid təmsilçisinin heyətində isə Xulian Alvares (8), Ademola Lukman (45+4) və rəqib futbolçu Xoel Ordonezin (79, avtoqol) fərqlənib. Qarşılaşma son dəqiqələrə qədər böyük gərginlik şəraitində keçib.
Digər matçda"Bayer Leverkuzen” klubu Yunanıstanda “Olimpiakos”u 2:0 hesabı ilə məğlub edib. Almaniya təmsilçisinin hər iki qolunu Patrik Şik 60 və 63-cü dəqiqələrdə vuraraq komandasına mühüm üstünlük qazandırıb.
Gecənin digər diqqətçəkən qarşılaşmasında isə İtaliyanın “İnter” klubu Norveçdə “Budo-Qlimt”ə 1:3 hesabı ilə uduzub. Norveç təmsilçisinin qollarını Sondre Brunstat (20), Yens Peter Hoyqe (61) və Kasper Hoyq (64) vurub. “İnter”in yeganə qolunun müəllifi Françesko Espozito olub.
Keçid "pley-off" mərhələsinin cavab görüşləri fevralın 24-də keçiriləcək. Bu oyunlardan sonra Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşəcək.
Kateqoriyalar