6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

PSJ 1:3 hesabı ilə məğlub olub

13-fevral-2026
PSJ 1:3 hesabı ilə məğlub olub
Yazı Ölçüsü:

Fransa çempionatının 22-ci turunun açılış oyununda çempion PSJ səfərdə “Renn”in qonağı olub və 1:3 hesabı ilə məğlubiyyətə uğrayıb.

"PostMedia" xəbər verir ki, “Renn”in heyətində 34-cü dəqiqədə iordaniyalı hücumçu Musa Əl-Tamari, 69-cu dəqiqədə fransalı hücumçu Esteban Lepol və 81-ci dəqiqədə isveçrəli hücumçu Bril Embolo fərqləniblər.

İspaniyalı Luis Enrikenin baş məşqçisi olduğu komandanın yeganə qolunu 71-ci dəqiqədə fransalı hücumçu Usman Dembele vurub.

PSJ 51 xalla turnir cədvəlinin lideridir, “Renn” isə 34 xalla 5-ci pillədə qərarlaşıb.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930