6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Barselona” Levandovskinin müqaviləsini uzatmağa hazırdır

05-fevral-2026
“Barselona” Levandovskinin müqaviləsini uzatmağa hazırdır
Yazı Ölçüsü:

İspaniya çempionu “Barselona” komandanın polşalı hücumçusu Robert Levandovski ilə yeni müqavilə bağlamağa hazırdır.

"PostMedia" xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Klub rəhbərliyi və almaniyalı baş məşqçi Hans-Diter Flik 37 yaşlı futbolçunun oyunundan və komandadakı rolundan razıdırlar. Levandovskinin həm meydanda çıxışı, həm də soyunub-geyinmə otağındakı liderliyi yüksək qiymətləndirilir.

Hücumçunun hazırkı müqaviləsi cari mövsümün sonuna qədər qüvvədədir. Gözlənilən yeni anlaşmaya əsasən, onun maaşında azalma olacaq. Hələlik tərəflər arasında rəsmi danışıqlar aparılmayıb.

Cari mövsümdə Robert Levandovski “Barselona”nın heyətində 17 oyunda iştirak edib və 9 qol vurub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930