6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

PSG və “Real Madrid” Enzo Fernandes üçün rəqabət aparır

03-fevral-2026
PSG və “Real Madrid” Enzo Fernandes üçün rəqabət aparır
Yazı Ölçüsü:

Fransa çempionu və Çempionlar Liqasının qalibi PSG Londondakı “Chelsea”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandesin transferini həyata keçirmək istəyir.

"PostMedia" xəbər verir ki, bu baədə "Caught Offside" məlumat yayıb.

İngilis klubu onun transferindən 100 milyon avro qazanmaq niyyətindədir. Paris klubu isə bu məbləği ödəməyə hazırdır.

Enzo Fernandesin xidmətləri ilə maraqlanan digər klub isə İspaniyanın ikinci çempionu "Real Madrid”dır. “Real” yalnız İngiltərəli yarımmüdafiəçi Jude Bellingham komandadan ayrılarsa, “Chelsea”yə təklif göndərəcək.

Enzo Fernandes 2023-cü ilin yanvarından “Chelsea”də çıxış edir və onun müqaviləsi 2032-ci ilin iyununa qədər nəzərdə tutulub.

Cari mövsümdə Fernandes “Chelsea” forması altında 35 oyuna çıxıb, 11 qol vurub və 4 qol ötürməsi edib.

"Transfermarkt" onun transfer dəyərini 85 milyon avro qiymətləndirir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930