PSJ futbol üzrə Fransa Superkubokunu qazanıb.
“PostMedia” xəbər verir ki, Küveytdə baş tutan oyunda Paris təmsilçisi penaltilər seriyasında "Marsel"ə qalib gəlib.
Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Oyunun 13-cü dəqiqəsində PSJ-nin fransalı hücumçusu Usman Dembele portuqaliyalı yarımmüdafiəçi Vitinyanın məhsuldar ötürməsi ilə hesabı açıb.
Birinci hissə 1:0 PSJ-nin üstünlüyü ilə yekunlaşıb, amma 76-cı dəqiqədə "Marsel"in ingiltərəli hücumçusu Meyson Qrinvud penaltini dəqiq yerinə yetirərək cavab qolunu vurub.
87-ci dəqiqədə isə PSJ-nin ekvadorlu müdafiəçisi Villiam Paço topu öz qapısına göndərib.
90+5-ci dəqiqədə isə PSJ-nin portuqaliyalı hücumçusu Qonsalo Ramuş son saniyələrdə hesabı bərabərləşdirib.
İspaniyalı baş məşqçi Luis Enrikenin yetirmələri penaltilər seriyasını daha dəqiq yerinə yetirərək 4:1 hesabı ilə qələbə qazanıblar.
PSJ tarixində 14-cü dəfə ölkə Superkubokuna sahib çıxıb.