6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

O, "Çelsi"nin yeni baş məşqçisi oldu

06-yanvar-2026
O, "Çelsi"nin yeni baş məşqçisi oldu
Yazı Ölçüsü:

Klublararası dünya çempionu Londonun "Çelsi" klubunun baş məşqçisi vəzifəsinə Liam Rosenyor təyin edilib. "PostMedia" xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, 41 yaşlı ingiltərəli mütəxəssislə 2032-ci ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.

Liam Rosenyor 2024-cü ildən Fransanın "Strasburq" klubuna rəhbərlik edirdi. O, daha əvvəl İngiltərənin "Hall Siti" klubunun da baş məşqçisi olub.

Xatırladaq ki, yanvarın 1-də "Çelsi" italyan mütəxəssis Enso Mareskanı baş məşqçi postundan kənarlaşdırmışdı.

İngiltərə çempionatının 20 turundan sonra "Çelsi" 31 xalla turnir cədvəlində 5-ci yerdə qərarlaşıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930