6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

PSJ "Paris" üzərində 2:1 hesablı qələbə qazandı

05-yanvar-2026
PSJ "Paris" üzərində 2:1 hesablı qələbə qazandı
Yazı Ölçüsü:

Fransa çempionatının 17-ci turunda çempion PSJ öz meydanında "Paris" komandasına 2:1 hesabı ilə qalib gəlib.

"PostMedia" xəbər verir ki, PSJ-nin heyətində fransalı hücumçular Dezire Due (45) və Usman Dembele (53) fərqləniblər.

"Paris" klubundan isə Villem Geubbels 51-ci dəqiqədə vurduğu penalti ilə hesab arasındakı fərqi azaldıb.

Nəticədə PSJ 39 xalla ikinci pillədə qərarlaşıb, "Paris" isə 16 xalla 15-cidir.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930