6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

Miralem Pyaniç karyerasını başa vurdu

30-dekabr-2025
Miralem Pyaniç karyerasını başa vurdu
Yazı Ölçüsü:
"Yuventus" və "Barselona"nın keçmiş yarımmüdafiəçisi, 35 yaşlı bosniyalı futbolçu Miralem Pyaniç peşəkar karyerasını yekunlaşdırdığını elan edib.
"PostMedia" xəbər verir ki, o bu barədə "Tuttosport" nəşrinə bildirib.
"Mən artıq oynamayacağam. Karyeramı bitirdim. İndi Dubayda yaşayıram və artıq futbolçu deyil, balaca oğlumun atasıyam; o, mənim prioritetimdir".
Klub karyerası ərzində Pyaniç Fransanın "Mets" və "Lion", İtaliyanın "Roma", Türkiyənin "Beşiktaş", Birləşmiş Ərəb Əmirliklərinin "Şarja" və Moskvanın MOİK (CSKA) komandalarında çıxış edib.
Bosniya və Herseqovina millisinin heyətində Pyaniç 115 oyun keçirib və 18 qol vurub.
"Yuventus"un heyətində o, dördqat İtaliya çempionu, ikiqat ölkə kubokunun və Superkubokun qalibi olub. "Barselona" ilə isə İspaniya Kral Kubokunu qazanıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930