6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

"Roma" "Cenoa"ya qalib gəlib

30-dekabr-2025
"Roma" "Cenoa"ya qalib gəlib
Yazı Ölçüsü:

İtaliya A Seriyasının 17-ci turunun və bu ilin son oyununda "Roma" öz meydanında "Cenoa"nı qəbul edib və 3:1 hesabı ilə qələbə qazanıb.

"PostMedia" xəbər verir ki, İtaliyalı Can Piero Qasperininin rəhbərlik etdiyi komandadan argentinalı hücumçu Matias Soule, fransalı yarımmüdafiəçi Manu Kone və irlandiyalı hücumçu Evan Ferqyuson fərqləniblər.

Qonaqların yeganə qolunu son dəqiqələrdə İtaliyanı təmsil edən nigeriyalı hücumçu Ceff Exator vurub.

"Roma" 33 xalla dördüncü, "Cenoa" isə 14 xalla 17-ci yerdədir.

Qolları Matias Soule (14), Manu Kone (19), Evan Ferqyuson (31) — Ceff Exator (87) vurub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930