6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

"Mançester Siti" Oskar Bobu satmaq niyyətindədir

26-dekabr-2025
"Mançester Siti" Oskar Bobu satmaq niyyətindədir
Yazı Ölçüsü:
İngiltərənin "Mançester Siti" klubu daha çox oyun praktikası qazanmaq istəyən Norveç millisinin hücumameyilli yarımmüdafiəçisi Oskar Bobu yanvar ayında komandadan buraxmağa hazırdır.
"PostMedia" xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
"Mançester Siti" Oskar Bobu o halda satacaq ki, qış transfer pəncərəsi zamanı "Bornmut"un hücumçusu Antuan Semenyonu heyətinə qata bilsin.
Oskar Bobu transfer etmək istəyən klublar arasında "Kristal Pelas" və "Fulhem" yer alır.
Cari mövsümdə 23 yaşlı futbolçu 17 oyunda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Oskar Bob 2026-cı il Dünya Çempionatının startına qədər ən yaxşı formasını bərpa etmək niyyətindədir. Norveç millisi artıq Dünya Çempionatına vəsiqə qazanıb.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930