İngiltərə vitse-çempionu, Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun yarımfinalına yüksəlib.
"PostMedia" xəbər verir ki, İspaniyalı mütəxəssis Mikel Artetanın rəhbərlik etdiyi komanda London derbisində "Kristal Pelas"ı qəbul edib və penaltilər seriyasında 8:7 hesabı ilə qələbə qazanıb.
Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
80-ci dəqiqədə qonaqların fransalı müdafiəçisi Maksans Lakrua avtoqol müəllifi olub. Əlavə olunmuş 5-ci dəqiqədə isə ingiltərəli müdafiəçi Mark Qehi tarazlığı bərpa edib.
Yarımfinalda "Arsenal"ın rəqibi Londonun "Çelsi" klubu olacaq. Digər yarımfinal cütlüyündə isə "Nyukasl Yunayted" və "Mançester Siti" qarşılaşacaqlar.