N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Futbol

“Qarabağ”ın rəqibi İtaliya Superkubokunun qalibi olub

23-dekabr-2025
Turan Hüseynli
“Qarabağ”ın rəqibi İtaliya Superkubokunun qalibi olub
Yazı Ölçüsü:
İtaliya çempionu "Napoli" ölkə Superkubokunu qazanıb.
PostMedia” xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən turnirin finalında Neapol təmsilçisi "Bolonya"ya 2:0 hesabı ilə qalib gəlib.
Matçda braziliyalı hücumçu David Neres dubl edərək qələbəni təmin edib. O, oyunun 39-cu və 57-ci dəqiqələrində fərqlənib.
Bu qələbə ilə "Napoli" 11 ildən sonra ilk dəfə bu titulu yenidən öz muzeyinə aparmağı bacarıb.
Xatırladaq ki, noyabrın 26-da UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində 5-ci turu çərçivəsində “Napoli” Azərbaycan çepionu “Qarabağ”ı üəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Kateqoriyalar