6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qəza

“Yuventus” akademiyasının məşqçisini stadionun yaxınlığında avtomobil vurub

10-dekabr-2025
“Yuventus” akademiyasının məşqçisini stadionun yaxınlığında avtomobil vurub
Yazı Ölçüsü:

“Yuventus” akademiyasının məşqçisini stadionun yaxınlığında avtomobil vurub

Gürcüstanın Tsalenyixa şəhərində “Yuventus” futbol akademiyasının məşqçisi Levan Kvaratsxeliya stadionun yaxınlığında avtomobil tərəfindən vurulub.

PostMedia” xəbər verir ki, bu barədə məlumatı onun yaxınları sosial şəbəkələrdə yayıblar.

Hadisə ötən axşam baş verib. Yaxınlarının yazdığına görə, Kvaratsxeliyanın gicgah sümüyü sınıb və bir neçə saat ərzində əməliyyat olunacaq. Onların sözlərinə görə, hadisə axşam saat təxminən 9-un yarısında baş verib.

Avtomobil onu vuraraq kanala atıb və o, təxminən yarım saat huşsuz halda qan içində qalıb.

Yaralı əvvəlcə Tsalenjxanın xəstəxanasına, daha sonra isə Zuqdidi xəstəxanasına aparılıb. Həkimlərin qiymətləndirməsinə görə, 31 yaşlı kişinin vəziyyəti orta ağırdır.

Hadisəni törədən sürücü hadisə yerindən qaçıb, lakin yayılan məlumata əsasən, hüquq-mühafizə orqanları onu artıq saxlayıblar.

Qeyd edək ki, Tsalenjxada “Yuventus” futbol akademiyası 2024-cü ildə açılıb və burada təxminən 100 uşaq məşq edir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930