Çeçenistan rəhbəri Ramzan Kadırov öz oğlu və bölgənin təhlükəsizlik şurasının katibi Adam Kadırovun avtomobil qəzasına düşməsi barədə yayılan xəbəri “uydurma” hesab edib.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Çeçen lideri bunu respublika prokuroru Arsan Adaev ilə görüş zamanı bildirib.
“Suni intellekt vasitəsilə hər kəsi aldatmaq mümkündür. Ölkədə 128 000 qəza baş verib, nəticədə 13 009 nəfər həyatını itirib, amma heç kim buna maraq göstərmir, heç kim heç nə demir. Buna baxmayaraq, qəfil olaraq Kadırovun oğlu ilə bağlı bu saxta xəbər beynəlxalq miqyasda bir nömrəli xəbər olub".
Kadırov həmçinin Çeçenistanda kiber cinayətkarlığa qarşı mübarizə tədbirlərini, o cümlədən saxta xəbərlərin yayılmasının qarşısının alınmasını gücləndirmək planlarını açıqlayıb.
“Saxta xəbərlərə qarşı mübarizə xüsusilə vacibdir. Bu mövzu bütün ölkə üçün çox əhəmiyyətlidir, amma müəyyən səbəblərə görə, respublikamızla bağlı saxta məlumat həmişə medianın xüsusi reaksiyasını doğurur".
Yanvarda Groznidə baş verən hadisə zamanı Adam Kadırovun xəsarət alması barədə müxalif "Telegram" kanalı "Niyso" və "Kavkaz.Realii" məlumat yaymışdı.
"Kavkaz.Realii" mənbəsinin məlumatına görə, 18 yaşlı Çeçen liderin oğlu sürət həddini aşaraq idarəni itirib və bariyere çırpılıb. Kadırovun maşınına müşayiət edən avtomobil karvanındakı maşınlar bir-birinə dəymişdir. Qəza nəticəsində xəsarət alanların ümumi sayı məlum deyil.
Məlumata görə, Adam Kadırov müalicə üçün helikopterlə Moskvaya aparılıb.
Çeçenistan hakimiyyəti əvvəllər bu xəbər barədə heç bir açıqlama verməyib.