6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Şərurlu İsfəndiyarın tikdiyi binada usta yıxılaraq öldü

09-dekabr-2025
Şərurlu İsfəndiyarın tikdiyi binada usta yıxılaraq öldü
Yazı Ölçüsü:
Bakıda 62 yaşlı usta tikintidən yıxılaraq ölüb.
"PostMedia" milli.az-a istinadən xəbər verir ki, hadisə dekabrın 8-də Yasamal rayonunda baş verib. M.Xiyabani küçəsində yerləşən "Jasmin Park" yaşayış kompleksində tikinti işləri aparılan 16 mərtəbəli evin 5-ci mərtəbəsindən usta Cəlilabad rayon sakini 1963-cü il təvəllüdlü Lazım Bağırov ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Araşdırma aparılır.
Xatırladaq ki, "Jasmin park" Yaşayış komplekslərinin tikintisi Şərurlu isfəndiyar kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus “Şərur” MTK tərəfindən həyata keçirilir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930