6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

"İsgəndər" raketlərinin yaradıcısı ölüb

26-noyabr-2025
"İsgəndər" raketlərinin yaradıcısı ölüb
Yazı Ölçüsü:

“Topol” və “İskəndər” raket sistemlərinin yaradıcılarından biri Valerian Sobolev vəfat edib.

"PostMedia" "RİA Novosti"yə istinadən xəbər verir ki, o, Volqoqradda 88 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Məlumatı onun ilə dostu Vyaçeslav Çerepaxin təsdiq edib.

“O, dünən uzun sürən xəstəlikdən sonra vəfat etdi. Valerian Markoviç Volqoqrad və müdafiə sənayesi üçün əfsanəvi bir şəxsiyyətdir”, – deyə Çerepaxin bildirib.

Açıq məlumatlara görə, onun rəhbərliyi altında “Pioner”, “Topol”, “İskəndər” və digər lansman kompleksləri yaradılıb.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930