6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

PTX-nın mayoru VƏFAT ETDİ - FOTO

21-avqust-2025
PTX-nın mayoru VƏFAT ETDİ - FOTO
Yazı Ölçüsü:
Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) əməkdaşı, mayor Erkin Ələkbərov vəfat edib.
"PostMedia" xəbər verir ki, Erkin Ələkbərov 36 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Erkin Ələkbərov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, daha sonra Milli Qvardiyada xidmət edib.
Onu da bildirək ki, Erkin Ələkbərov Azərbaycan Milli Karate yığmasının üzvü, Dünya və Avropa çempionatlarının bürünc mükafatçısı və İslam Oyunlarının qızıl medalçısı Tural Ələkbərlinin qardaşıdır.
E.Ələkbərovun ölümünün səbəbi barədə hələlik rəsmi açıqlama verilməyib.
@Bakivaxti.az
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930