—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Azərbaycanın Xəzər sahillərində su quşlarının kütləvi ölümü qeydə alınıb

23-fevral-2026
Türkan Nəbi
Azərbaycanın Xəzər sahillərində su quşlarının kütləvi ölümü qeydə alınıb
Yazı Ölçüsü:
Azərbaycanın Xaçmaz rayonunda, Xəzər dənizi sahilində batağan quşlarının kütləvi ölümü qeydə alınıb.
"PostMedia" xəbər verir ki, bu barədə Ekologiya və Təbii sərvətlər Nazirliyi məlumat yayıb.
Məlumatda görə Niyazabad kəndi yaxınlığındakı dəniz sahilində minlərlə quş cəsədi görmək mümkündür.
Nazirlik bildirib ki, kütləvi quş ölümünün səbəbləri ilə bağlı araşdırma aparılır: "Xaçmaz rayonunun Niyazabad və Nabran kəndləri yaxınlığındakı sahil əraziləri yoxlanılıb və nümunələr götürülüb". Nazirlik istintaqın nəticələri barədə ictimaiyyəti məlumatlandıracağını qeyd edib.
Son günlərdə ölü quş cəsədlərinə Xəzər dənizi sahillərində, Bakıda və digər bölgələrdə də rast gəlinir.
Əsasən şirin su hövzələrində yaşayan batağan quşlarına qış aylarında miqrasiya zamanı dənizdə rast gəlinir. Onlar qış üçün Azərbaycana miqrasiya edirlər.
Kateqoriyalar