6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Ölüm

Liviyanın sabiq prezidenti Müəmmər Qəddafinin oğlu öldürülüb

03-fevral-2026
Liviyanın sabiq prezidenti Müəmmər Qəddafinin oğlu öldürülüb
Yazı Ölçüsü:

Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam Qəddafi öldürülüb.

PostMedia” xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalına Qəddafi ailəsinə yaxın mənbə məlumat verib.

Mənbənin bildirdiyinə görə, dörd naməlum şəxs Qəddafiyə onun bağında atəş açıb, daha sonra isə hadisə yerindən qaçıb.

Hazırda qətlin kimlər tərəfindən törədildiyi məlum deyil.

Liviyanın dövlətə məxsus LANA xəbər agentliyi də Seyf əl-İslam Qəddafinin ölümünü təsdiqləyib və məlumatı onun müşaviri Abdulla Osmaniyə istinadla yayıb.

Seyf əl-İslam uzun müddət atasının siyasi varisi hesab olunurdu. O, 2021-ci ildə prezidentliyə namizədliyini irəli sürmək niyyətini açıqlamışdı, lakin həmin seçkilər qeyri-müəyyən müddətə təxirə salınmışdı.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930