N/A°C Bakı
1$ = 1.70₼
Ölüm

Britaniyalı müğənni Kris Ri 74 yaşında vəfat edib

22-dekabr-2025
Türkan Nəbi
Britaniyalı müğənni Kris Ri 74 yaşında vəfat edib
Yazı Ölçüsü:

Britaniyalı müğənni və bəstəkar Kris Ri 74 yaşında vəfat edib.

"PostMedia" xəbər verir ki, bu barədə ailəsinə istinadən Sky News telekanalı məlumat yayıb.

"Müğənni Kris Ri bu gün səhər saatlarında ailəsinin əhatəsində, qısamüddətli xəstəlikdən sonra xəstəxanada dinc şəkildə dünyasını dəyişib", — kanalın məlumatında deyilir.

Kristofer "Kris" Enton Ri özünəməxsus xırıltılı səsi və slayd-gitaradakı ifası ilə tanınırıb. Müğənni uğurlarının zirvəsinə 1980-ci illərin sonu — 1990-cı illərin əvvəllərində, bir çoxları tərəfindən ən yaxşı işlərindən biri hesab olunan onuncu studiya albomu "The Road to Hell" (1989) və ondan sonrakı "Auberge" (1991) albomu ilə çatıb.

Musiqiçi 1951-ci ildə Midlsbroda italyan və irland ailəsində anadan olub, onun altı qardaş və bacısı var idi. "Midlsbrodakı bir kafedə italyan mənşəli irland olmaq — həyata kənarlaşdırılmış biri kimi başlamaq deməkdir", — deyə o özü danışırdı. Gəncliyində musiqiyə maraq göstərməklə yanaşı, müxtəlif işlərdə, o cümlədən atasının dondurma fabrikində işləyib və jurnalist karyerası haqqında düşünüb. Nəhayət, 22 yaşında o, əvvəllər Devid Koverdeylin (sonradan Deep Purple üzvü) çıxış etdiyi "Magdalene" qrupuna qoşulub. Daha sonra o, digər bir qrupa — "Beautiful Losers"ə daxil olub, lakin əməkdaşlıq təklifi aldıqdan sonra solo karyeraya başlayaraq 1974-cü ildə debüt sinqlı olan "So Much Love"ı buraxıb.

Kateqoriyalar