N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Cənubi Koreyada 120 mindən çox ev kamerası hack edilib-hakerlər intim videoları satışa çıxarıb

02-dekabr-2025
Türkan Nəbi
Cənubi Koreyada 120 mindən çox ev kamerası hack edilib-hakerlər intim videoları satışa çıxarıb
Yazı Ölçüsü:

Cənubi Koreyada polis 120 mindən artıq IP kameranı hack edən və həmin cihazlardan əldə edilən görüntüləri cinsi istismar məqsədilə videolar halında satmaqda şübhəli bilinən 4 nəfəri həbs edib.

PostMedia”nın məlumatına görə, hadisə ilə bağlı təhqiqat zamanı məlum olub ki, hakerlər IP kameraların çoxunda zəif və ya sadə şifrlərin olmasından istifadə edərək onlara qanunsuz giriş əldə ediblər.

Kameraların yerləşdiyi yerlər arasında evlər, ofislər, karaoke salonları, pilates studiyaları və hətta bir qadın-doğum klinikası olduğu bildirilir.

Polisin açıqlamasında iddia edilir ki, bir şübhəli təxminən 63 000 kameranı hack edərək 545 cinsi istismar videosu hazırlayıb və bunları təxminən 35 milyon von (kripto valyuta) qarşılığında satışa çıxarıb. Başqa şübhəli isə 70 000 kameradan 648 video hazırlayıb və satıb.

Hazırda polis və dövlət orqanları həmin qeyri-qanuni saytı bağlamağa, həmçinin videoları alan və izləyən şəxsləri aşkar edib məsuliyyətə cəlb etməyə çalışır.

Rəsmi qurumlar ev və obyekt sahiblərini IP kameralar üçün güclü, unikal şifrələr seçməyə, şifrələri mütəmadi dəyişməyə və cihazları internetə açıq şəkildə qoşmamağa çağırır.


Kateqoriyalar