Honkonq Xüsusi İnzibati Rayonu (ÇXR) ərazisindəki yaşayış kompleksində baş verən yanğında ölənlərin sayı 128-ə çatıb.
“PostMedia” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
“Honkonq Yanğınsöndürmə İdarəsinin məlumatına görə, Wang Fuk Court yaşayış kompleksində baş verən yanğın nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb, daha 79 nəfər isə xəsarət alıb”, – deyə məlumatda bildirilir.
Son 17 ilin ən güclü yanğını 26 noyabrda Wang Fuk Court kompleksinin çoxmərtəbəli binalarını əhatə edib.
Mətbuatın məlumatına görə, yanğın kompleksin yenilənməsi çərçivəsində binaların ətrafında qurulan bambuk konstruksiyalardan başlayıb və qısa müddətdə birinci binadan daha üç binaya yayılıb.
Honkonq hakimiyyəti bildirib ki, yanğının bu qədər sürətlə yayılması qeyri-adi haldır və faciənin səbəblərini müəyyən etmək üçün genişmiqyaslı araşdırma aparılacaq. Hadisə ilə bağlı ehtiyatsızlıqdan adam öldürmə şübhəsi ilə üç nəfər saxlanılıb.
İqtisadiyyat
İdman
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
