6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Səudiyyə Ərəbistanı İran dronlarının hücumuna məruz qalıb

18-may-2026
Səudiyyə Ərəbistanı İran dronlarının hücumuna məruz qalıb
Yazı Ölçüsü:

Bazar günü Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə vasitələri İran tərəfindən buraxıldığı bildirilən üç zərbə tipli pilotsuz uçuş aparatını vurub.

"PostMedia" xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

“Üç pilotsuz uçuş aparatı Səudiyyə Ərəbistanının hava məkanına daxil olduqdan sonra məhv edilib”, - məlumatda deyilir.

Müdafiə qurumunun nümayəndəsi general-mayor Türki Əl-Maliki bildirib ki, dronlar İraq ərazisindən buraxılıb.

Səudiyyə Ərəbistanı “münasib vaxtda və uyğun məkanda cavab vermək hüququnu özündə saxlayır və krallığın suverenliyinə, həmçinin vətəndaşların və sakinlərin təhlükəsizliyinə qarşı istənilən pozuntu cəhdinə qarşı bütün zəruri operativ tədbirləri qəbul edib həyata keçirəcək”, - deyə Əl-Maliki əlavə edib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031