N/A°C Bakı
1$ = 1.70₼
Hadisə

Rusiya Silahlı Qüvvələri “Oreşnik”lə Lvov Avia-Təmir Zavodunun aerodrom infrastrukturunu vurub – MN

12-yanvar-2026
Turan Hüseynli
Rusiya Silahlı Qüvvələri “Oreşnik”lə Lvov Avia-Təmir Zavodunun aerodrom infrastrukturunu vurub – MN
Yazı Ölçüsü:

Rusiya Silahlı Qüvvələri “Oreşnik” zərbəsi ilə Lvov Avia-Təmir Zavodunun sexlərini, pilotsuz uçuş aparatları (PUA) saxlanılan anbarları və aerodrom infrastrukturunu məhv edib.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“PGRC "Oreşnik" zərbəsi nəticəsində istehsalat sexləri, hazır məhsulların (PUA) saxlandığı anbarlar, eləcə də zavod aerodromunun infrastrukturu vurulub”, – deyə açıqlamada bildirilir.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bir neçə müstəqil mənbə tərəfindən təsdiqlənən informasiyaya əsasən, yanvarın 9-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin mobil yerüstü raket kompleksi “Oreşnik”dən istifadə etməklə endirdiyi zərbə nəticəsində Lvov Dövlət Aviasiya-Təmir Zavodu fəaliyyət qabiliyyətini itirib.

Xatırladaq ki, Ukrayna qoşunları mütəmadi olaraq Rusiya Federasiyasının sərhədyanı bölgələrini, o cümlədən Belqorod, Bryansk, Kursk və Voronej vilayətlərini müxtəlif üsullarla, o cümlədən PUA-lar vasitəsilə atəşə tutur və hücumlar həyata keçirir.

Rusiya 24 fevral 2022-ci ildə Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin əməliyyatın məqsədini “səkkiz il ərzində Kiyev rejimi tərəfindən təzyiqlərə və soyqırıma məruz qalan insanların müdafiəsi” kimi izah edib. Onun sözlərinə görə, bunun üçün “Ukraynanın demilitarizasiyası və denasifikasiyası” aparılmalı, Donbasın dinc sakinlərinə qarşı “qanlı cinayətlərə” görə məsuliyyət daşıyan bütün hərbi cinayətkarlar məhkəmə qarşısına çıxarılmalıdır. Buna cavab olaraq Qərb ölkələri Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq ediblər.

Kateqoriyalar