6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Sərnişin qatar yoluna düşdü, metroda interval qarışdı

07-yanvar-2026
Sərnişin qatar yoluna düşdü, metroda interval qarışdı
Yazı Ölçüsü:

Bu gün “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov- Dərnəgül” və “Həzi Aslanov İçəri şəhər” istiqamətində hərəkət edən qatarların hərəkətində yubanma yaranıb.

PostMedia” xəbər verir ki, nəticədə intervalda 10 dəqiqəyə qədər yubanma yaranıb.

Məsələ ilə bağlı qurumdan fatı təsdiq ediblər:
“Bu gün saat 20:00 radələrində “Nərimanov” stansiyasında sərnişin stansiya yoluna düşüb.

Dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.

Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.

İlkin məlumata əsasən, 50-55 yaşlarında kişi sərnişin qatar platformaya daxil olan zaman relsin üzərinə düşüb. Qatar maşinisti dərhal əyləci sıxıb, sərnişinin stansiya yolundan çıxarılması üçün əməliyyat planı həyata keçirilib. Təəssüf hissi ilə bildiririk ki, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Allah rəhmət eləsin!“

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930