N/A°C Bakı
1$ = 1.70₼
Hadisə

Paris metrosunda bir kişi üç qadını bıçaqlayıb, onlardan biri hamilədir

26-dekabr-2025
Turan Hüseynli
Paris metrosunda bir kişi üç qadını bıçaqlayıb, onlardan biri hamilədir
Yazı Ölçüsü:

Paris metrosunda bir kişi üç qadına bıçaqla hücum edib, xəsarət alanlardan biri hamilədir.

"PostMedia" xəbər verir ki, "Le Parisien" qəzetinin prokurorluğa istinadən verdiyi məlumata görə, hücumlar saat 16:15-dən 16:45-ə qədər olan vaxt aralığında "République", "Arts et Métiers" və "Opéra" metro stansiyalarında baş verib.

Polis mənbəsinin nəşrə verdiyi məlumata görə, qadınlar müxtəlif dərəcəli xəsarətlər alıblar, onlardan ikisi bel və bud nahiyəsindən yaralanıb. "DW"nin xəbərinə görə, yaralılardan biri hamilə olub. Hücumun şahidlərindən biri bildirib ki, "çoxlu qan axırdı, dərin yara vurulmuşdu".

Şübhəli şəxs əvvəlcə metroya minərək polisin təqibindən qaçmağı bacarıb. Lakin "Le Figaro"nun yazdığına görə, o, qısa müddət sonra videomüşahidə kameraları vasitəsilə müəyyən edilib və Paris yaxınlığındakı Sarsel şəhərində yerləşən evində saxlanılıb.

Saxlanılan şəxs 2000-ci il təvəllüdlü bir kişidir. O, artıq digər cinayətlərə, xüsusən də əmlaka ziyan vurma işinə görə polisə tanış olub. "Le Figaro" qeyd edir ki, polis hazırda hadisəni terror aktı kimi nəzərdən keçirmir və hücum edən şəxsi "psixi qeyri-sabit" kimi xarakterizə edir.

Kateqoriyalar