Ermənistanın Baş naziri Nikol Paşinyan Göyçə gölünün üzərində körpü tikmək istəyir.
"PostMedia" xəbər verir ki, bu barədə o, Geğarkunik vilayətində seçicilərlə görüşündə deyib.
Onun sözlərinə görə, bu körpü böyük və kiçik Göyçə göllərini birləşdirəcək və uzunluğu 6 km olacaq.
Paşinyan əlavə edib ki, həmin körpünün layihəsi ciddi ekoloji və texniki çətinliklər tələb edəcək və bir-iki ilə həyata keçirilə bilməz. Lakin o, rayon sakinlərini bu ideyanı müzakirə etməyə çağırıb.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
