6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Məhkəmə

"Google"un Rusiyadakı törəməsinin şikayəti əsasında "Google Belgium"un 115 milyon avroluq aktivləri dondurulub

03-iyun-2026
"Google"un Rusiyadakı törəməsinin şikayəti əsasında "Google Belgium"un 115 milyon avroluq aktivləri dondurulub
Yazı Ölçüsü:

Belçika məhkəməsi “Google Russia”nın iddiası əsasında "Google Belgium"un 115 milyon avro dəyərində aktivlərini dondurub.

"PostMedia" xəbə veri ki, bu barədə “Vedomosti” qəzeti qərarla tanış olan mənbəyə istinadən yazıb.

Söhbət dividendlərin çıxarılması ilə bağlı mübahisə çərçivəsində təminat tədbirindən gedir. Rusiya tərəfinin versiyasına görə, dividendlər “Google Russia”nın müflisləşmə proseduruna başlanmazdan qısa müddət əvvəl çıxarılıb.

Bildirilir ki, Moskva Arbitraj Məhkəməsi belə nəticəyə gəlib ki, dividendlərin ödənilməsi kreditorlarla hesablaşmalardan yayınmaq məqsədilə həyata keçirilib.

Nəşrin məlumatına görə, “Google"un Rusiyadakı törəmə şirkəti həmçinin məhkəmə qərarlarının tanınmasına və icrasına ondan çox ölkədə nail olmağa çalışır. İyunun 1-də Madridin birinci instansiya məhkəməsi müflisləşmə üzrə idarəçinin müvafiq müraciəti üzrə öz yurisdiksiyasını təsdiqləyib.

Növbəti mərhələ Belçika məhkəməsində “Google Russia”nın tələblərinin mahiyyəti üzrə baxılması olacaq. İddia təmin edilərsə, borcun tutulması dondurulmuş aktivlər hesabına həyata keçirilə bilər.

2025-ci ilin dekabrında Paris məhkəməsi də "Google"un Rusiyadakı törəmə şirkətinin müflisləşmə üzrə idarəçisinin müraciəti əsasında "Google France"ın səhmlərinin 100%-nin dondurulması barədə qərar çıxarıb. Həmin ilin oktyabrında analoji qərarı Cənubi Afrika Respublikasının Ali Məhkəməsi də qəbul edib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930