Küveyt hakimiyyəti bəyan edib ki, ölkənin ərazisi və hava məkanı “hər hansı dövlətə” qarşı hüum üçün istifadə olunmayıb. Bununla da rəsmi Küveyt İranın ABŞ-nin zərbələri Küveyt ərazisindən endirməsi ilə bağlı iddialarını təkzib edib.
“PostMedia” xəbər verir ki, bu təkzib Küveyt Xarici İşlər Nazirliyinin İran üzrə müvəqqəti işlər vəkilini nazirliyə çağırması fonunda səsləndirilib.
“Küveyt öz ərazisi və ya hava məkanının hər hansı ölkəyə qarşı yönəlmiş düşmənçilik fəaliyyətləri üçün istifadəsini qəti şəkildə rədd edir”.
O həmçinin vurğulayıb ki, İran tərəfinin səsləndirdiyi bu iddialar əsassızdır və heç bir sübutla təsdiqlənmir.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
