Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Komissiyasının Prezidenti Ursula von der Leyen ilə telefon danışığı aparıb.
"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin ofisindən məlumat verilib.
Danışıqda İrana yönəlik hücumlar və sonrakı münaqişəli proses müzakirə olunub.
Ərdoğan Türkiyənin bütün tərəfləri diplomatiyaya və müzakirə zəmininə dönməyə dəvət etdiyini, sülh prosesinə hər cür dəstək verməyə hazır olduğunu bildirib və bu prosesdə Türkiyə ilə AB arasında yaxın birgə koordinasiyanın davam etməsinin vacib olduğunu qeyd edib.
