—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Çin Pakistan və Əfqanıstan arasında toqquşmalara münasibət bildirib

27-fevral-2026
Türkan Nəbi
Çin Pakistan və Əfqanıstan arasında toqquşmalara münasibət bildirib
Yazı Ölçüsü:
Çin Pakistan və Əfqanıstan arasında qarşıdurmanın kəskinləşməsindən dərin narahatlıq keçirdiyini bildirib və tərəfləri mümkün qədər tez atəşkəsə nail olmağa çağırıb.
"PostMedia" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə günü Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin brifinq zamanı açıqlama verib.
Mao Nin bildirib ki, Çin hadisələrin inkişafını diqqətlə izləyir və Pakistanla Əfqanıstanın həm bir-birinin, həm də Çinin ayrılmaz qonşuları olduğunu vurğulayıb.
O, toqquşmalar nəticəsində həlak olanlar və yaralananlarla bağlı dərin təəssüf hissi ifadə edərək qeyd edib ki, mövcud mərhələ əvvəlkilərlə müqayisədə daha gərgindir və eskalasiyanın davamı hər iki tərəf üçün yeni itkilərə yol aça bilər.
Çin tərəfləri təmkin və soyuqqanlılığa çağıraraq fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə həll etməyə səsləyib, həmçinin terrorizmlə mübarizəni dəstəklədiyini bildirib.
Mao Nin əlavə edib ki, Çin iki ölkə arasında vasitəçilik səylərini davam etdirir və gərginliyin azaldılması, eləcə də münasibətlərin yaxşılaşdırılması üçün konstruktiv rol oynamağa hazırdır. O, eyni zamanda Pakistan və Əfqanıstanda yerləşən Çin diplomatik heyətinin, layihələrinin və obyektlərinin təhlükəsizliyinin təmin olunmasının vacibliyini vurğulayıb.
Kateqoriyalar