—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Tramp İranla razılaşmaya üstünlük verir, əks halda Tehranın “pis günü” olacaq

24-fevral-2026
Admin
Tramp İranla razılaşmaya üstünlük verir, əks halda Tehranın “pis günü” olacaq
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, media İranla mümkün müharibə ilə bağlı məlumatları qəsdən təhrif edir və onun özü razılaşmaya üstünlük verir.

"PostMedia" xəbər verir ki, bu barədə o, "TruthSocial" sosial şəbəkəsində yazıb.

“İranla mümkün müharibə barədə yazılanların hamısı bilərəkdən yanlış təqdim olunur. Qərar yalnız mənimdir. Mən razılaşmanı üstün tutardım, amma əgər razılaşma əldə olunmasa, bu, həmin ölkə və təəssüf ki, onun xalqı üçün çox pis gün olacaq”, – Tramp TruthSocial sosial şəbəkəsində yazıb.

O, həmçinin ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keynin İran əleyhinə hərbi kampaniyanı dəstəkləmədiyi barədə iddiaların da yanlış olduğunu bildirib.

“General Keyn, hamımız kimi, müharibə istəmir. Amma əgər İrana qarşı hərbi əməliyyat barədə qərar verilsə, bunun asan qələbə ilə nəticələnəcəyini düşünür”, – deyə Tramp vurğulayıb.

Axios-un mənbələrə istinadən yaydığı məlumata görə isə general Keyn Trampı və yüksək vəzifəli rəsmiləri İranla müharibənin ciddi risklər daşıdığı, xüsusilə uzunmüddətli qarşıdurmaya sürüklənmə ehtimalı barədə xəbərdar edib. ABŞ administrasiyası hazırda İranla bağlı müxtəlif ssenariləri və onların nəticələrini müzakirə etməyə davam edir.

Kateqoriyalar