—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Netanyahu: "İran hücum edərsə, İsrail “təsəvvür edilməz” güclə cavab verəcək"

23-fevral-2026
Turan Hüseynli
Netanyahu: "İran hücum edərsə, İsrail “təsəvvür edilməz” güclə cavab verəcək"
Yazı Ölçüsü:
İsrailin baş naziri Beniyamin Netanyahu bazar ertəsi axşamı bəyan edib ki, İranın İslam rejimi İsrailə hücum edərsə, ölkəsi “təsəvvür olunmaz” güclə cavab verəcək.
"PostMedia" xəbər verir ki, bu barədə Knessetdə çıxışı zamanı Netanyahu bildirib. Onun sözlərinə görə, İranla davam edən gərginlik fonunda İsrail çox çətin və gərgin günlər yaşayır və istənilən ssenariyə hazırdır.
“Biz ayığıq və bütün ssenarilərə hazırıq. Ayətullahlar rejiminə açıq şəkildə bildirmişəm: əgər onlar tarixlərində bəlkə də ən ağır səhvi edib İsrailə hücum etsələr, biz elə bir güclə cavab verəcəyik ki, bunu təsəvvür belə edə bilməyəcəklər”, – deyə o vurğulayıb.
Netanyahu eyni zamanda ABŞ ilə münasibətləri yüksək qiymətləndirib və prezident Donald Trampla son görüşündən sonra iki ölkə arasındakı əməkdaşlığın daha da gücləndiyini qeyd edib.
“Bu gün əminliklə deyə bilərəm ki, milyonlarla İsrail vətəndaşının təhlükəsizliyindən söhbət gedəndə, İsrail heç vaxt indiki qədər güclü olmayıb. ABŞ-la müttəfiqlik, o cümlədən təhlükəsizlik və kəşfiyyat qurumları arasındakı əməkdaşlıq heç vaxt indiki səviyyədə olmayıb”, – deyə Netanyahu əlavə edib.
Kateqoriyalar