—°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Marko Rubio İrana görə İsrailə səfərini təxirə salıb

23-fevral-2026
Türkan Nəbi
Marko Rubio İrana görə İsrailə səfərini təxirə salıb
Yazı Ölçüsü:
ABŞ dövlət katibi Marko Rubionun İsrailə planlaşdırılan səfəri təxirə salınıb. Səfər şənbə günü baş tutmalı idi, lakin martın 2-nə keçirilib.
"PostMedia" xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşrinin mənbələri məlumat yayıb.
Rubionun səfəri İranın nüvə proqramı üzrə danışıqların üçüncü mərhələsindən sonra baş tutacaq. Sözügedən danışıqlar cümə axşamı İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Əvvəlki mərhələlərdə olduğu kimi, ABŞ və İran nümayəndələri arasında dolayı danışıqları Oman rəsmiləri aparacaq, görüşdə həmçinin MAQATE-nin direktoru Rafael Qrossinin də iştirakı istisna edilmir.
Gözlənilir ki, iranlı diplomatlar görüşdən əvvəl ABŞ nümayəndə heyətinə nüvə sazişi üzrə geniş təklif paketi təqdim edəcəklər, daha sonra bu sənəd danışıqlar zamanı müzakirə olunacaq.
Daha əvvəl bildirildiyi kimi, Rubio danışıqların nəticələrini İsrailin baş naziri ilə müzakirə edəcək və Tehranın mövqeyinə qarşı mümkün cavab addımlarını nəzərdən keçirəcək. Bəzi ABŞ mənbələrinə görə, əgər diplomatik səylər nəticə verməsə, Vaşinqton regiondakı müttəfiqləri ilə məsləhətləşmələrə hazırlaşır.
Qeyd edək ki, Cenevrədə aparılan dolayı danışıqların məqsədi İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli üçün konkret təkliflərin hazırlanmasıdır. Növbəti görüşün cümə axşamı keçirilməsi planlaşdırılır.
Kateqoriyalar