6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Xarici xəbərlər

Qaluzin və Türkiyənin Rusiyadakı səfiri Ukrayna münaqişəsini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

20-fevral-2026
Qaluzin və Türkiyənin Rusiyadakı səfiri Ukrayna münaqişəsini və Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
Yazı Ölçüsü:

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Moskvada Türkiyənin Rusiyadakı səfiri Tancu Bilgiç ilə görüşüb.

Görüş zamanı Qaluzin Rusiyanın Ukraynadakı münaqişənin siyasi və diplomatik yolla həllinə dair yanaşmalarını təqdim edib.

"PostMedia" Rusiya XİN-in məlumatına istinadən xəbər verir ki, tərəflər Ukrayna böhranı ətrafında fikir mübadiləsi aparıblar. Rusiya tərəfi diplomatik həll yollarının tapılmasına sadiqliyini vurğulayıb və münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini qeyd edib.

Bundan əlavə, görüşdə Cənubi Qafqazda mövcud vəziyyət də müzakirə olunub. Nazirlik Moskva və Ankaranın regionda sülhün və sabitliyin qorunmasına yönəlmiş səylərin daha da əlaqələndirilməsində qarşılıqlı maraqlı olduğunu bildirib.

Danışıqlar Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930